Yaponiyada güclü zəlzələ: sunami təhlükəsi elan edildi
Yaponiyada 7,4 bal gücündə güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlardan sonra səlahiyyətlilər bir neçə bölgə üçün sunami xəbərdarlığı veriblər.
Crossmedia.az xarici mənbəyə əsasən xəbər verir ki,bəzi ərazilərdə 3 metr hündürlüyündə dalğaların yarana biləcəyi ehtimal olunur. Rəsmilər sahilyanı bölgələrdə yaşayan əhalini ehtiyatlı olmağa və təhlükəsiz zonalara keçməyə çağırıblar.
Rəmziyyə Babazadə
12:44 20.04.2026
Oxunuş sayı: 52