Estoniya Slovakiya Baş nazirinə hava məkanını bağladı
Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, Slovakiyanın Baş naziri Robert Fitso Moskvada keçiriləcək Qələbə Günü tədbirlərinə qatılmaq üçün Estoniya hava məkanından istifadə edə bilməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, heç bir ölkə Rusiya ilə münasibətlərini gücləndirmək məqsədilə Estoniyanın hava məkanından yararlanmamalıdır.
Bu qərar Avropa ölkələrinin Rusiyaya qarşı sərt mövqeyinin davam etdiyini göstərir.
09:26 20.04.2026
Oxunuş sayı: 51