Yəmən lideri: BƏƏ təcavüzü gizli həbsxanalarla davam etdirir
Yəmən lideri Rəşad əl Alimi Yaxın Şərqdə səfirlər arasında keçirilən konfransda çıxış edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, BƏƏ bölgədə sülhü pozur və təcavüz siyasətini gizli həbsxanalar və paralel strukturlar vasitəsilə davam etdirir.
Alimi qeyd edib ki, BƏƏ-nin fəaliyyəti əksinə regional sabitliyi gücləndirmək əvəzinə, zorakılığı artırır.
Lider həmçinin BƏƏ-nin bölgədəki digər ölkələrə qarşı müdaxilələrini sərt tənqid edib.
O sülhün təmin olunmasının yalnız şəffaf və qanuni strukturlar vasitəsilə mümkün olduğunu vurğulayıb.
18:28 23.01.2026
Oxunuş sayı: 403