Orbanın açıqlamalarına sərt cavab: Planınız uğursuzluğa məhkumdur
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Macarıstan Baş naziri Viktor Orbanın sülh və Avropa ilə bağlı fikirlərinə sərt reaksiya göstərib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Orbanın planı uğursuzluğa məhkumdur. Ukrayna Avropa İttifaqına qoşulduğu gün Avropa Parlamentində onun yalanları xatırladılacaq.
Nazir həmçinin Moskvadakı rəhbərlərin uzunömürlü olmadığını vurğulayıb.
18:20 23.01.2026
Oxunuş sayı: 345