İranda məşhurlardan çağırış: Xamenei istefa verməlidir
İranda tanınmış alim, sosioloq, universitet müəllimi və siyasi fəallar ölkənin ali dini rəhbəri Seyid Əli Xameneinin istefasını tələb edən birgə bəyanat yayıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bəyanatda ölkəni idarə edən dini rejim qanunsuz, korrupsiyalaşmış və qanlı diktatura kimi xarakterizə olunur.
İran xalqının heç bir xarici müdaxilə olmadan öz taleyinə sahib çıxmaq hüququ vurğulanır.
Sənədi imzalayanlar kütləvi etirazlar zamanı nümayişçilərin öldürülməsini kəskin pisləyib və Xameneyinin istefa verməsini və ya vəzifədən kənarlaşdırılmasını tələb ediblər.
Tanınmış şəxslərin imzaladığı bəyanatda Xameneyi vətəndaşların səsini eşitməməkdə ittiham olunur. Bildirilir ki, onun istefası və ya vəzifəsindən uzaqlaşdırılması halında dünyəvi idarəçiliyə keçid, referendumun keçirilməsi və yeni konstitusiyanın hazırlanması mümkün ola bilər.
17:50 23.01.2026
Oxunuş sayı: 423