Sərhəd missiyası sona çatır: Azərbaycan və Ermənistan sülhə imza atdı
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanıb təsdiqləndikdən sonra missiyanın sərhəddə fəaliyyətinə ehtiyac qalmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı Missiyasının rəhbəri Markus Ritter deyib.
Onun sözlərinə görə, sülh sazişinin qüvvəyə minməsi regionda sabitliyin təmin olunmasına imkan verəcək. Bu da beynəlxalq monitorinq missiyalarını zərurətsiz edəcək.
Ritter qeyd edib ki, missiyanın əsas məqsədi gərginliyin azaldılması və vəziyyətin izlənməsi idi və sülh razılaşması əldə olunduğu halda bu funksiyalar aktuallığını itirəcək.
17:11 23.01.2026
Oxunuş sayı: 459