Türkiyə Qəzzaya növbəti humanitar yardım partiyasını göndərib. Yardım karvanının 1400 ton həcmində olduğu bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, humanitar yük əsasən ərzaq, tibbi ləvazimatlar və zəruri yaşayış vasitələrindən ibarətdir və Qəzzada ağır humanitar vəziyyətdə olan mülki əhaliyə çatdırılması nəzərdə tutulur.
Rəsmi qurumlar bildirir ki, Türkiyə Qəzzada dinc əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə humanitar dəstəyi davamlı şəkildə davam etdirir.