Donald, bəsdir! – Alman jurnalı Trampa qarşı çıxdı
Almaniyanın nüfuzlu Der Spiegel jurnalının son sayında ABŞ Prezidenti Donald Trumpa yönəlik sərt tənqid yer alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, jurnalın üz qabığında “Donald, bəsdir!” başlığı ilə çıxan sayda Trampın xarici siyasəti “imperialist yanaşma” kimi qiymətləndirilir. Analitik yazıda Tramp dövründə ABŞ-nin Avropaya qarşı artan təzyiqləri və birtərəfli addımları tənqid olunur.
Materialda əsas sual belə qoyulur: “Trampın imperializmi fonunda Avropa özünü necə qoruya və mövqeyini necə saxlaya bilər?” Jurnal Avropa İttifaqını daha müstəqil təhlükəsizlik və siyasi xətt formalaşdırmağa çağırır.
“Der Spiegel”in bu sayının üz qabığı Almaniya və Avropa mediasında geniş müzakirələrə səbəb olub və Vaşinqton–Brüssel münasibətlərində artan gərginliyi əks etdirən simvolik mesaj kimi dəyərləndirilir.
13:36 23.01.2026
Oxunuş sayı: 515