Parlamentdə soyad qalmaqalı yaşanıb
Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirələr zamanı soyadlarla bağlı qalmaqal yaşanıb.
Crossmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən deputat Özlem Zenginin çıxışı parlamentdə gərginliyə səbəb olub.
Məlumata görə, Zenginin öz soyadı ilə bağlı edilən vurğulardan sonra verdiyi cavab digər deputatların soyadlarını istehzalı şəkildə hədəfə alması ilə müşayiət olunub. AKP-li deputat çıxışında bir sıra millət vəkillərinin soyadlarını sadalayaraq kinayəli ifadələr işlədib.
Onun “İlhan bəy var, soyadı Kəsici… bilmirəm indiyə qədər kimi kəsib”, “Mehmet bəy var, Taxtasız – bu sözün məcazi mənasını bilirsiniz”, “Soyadı Suiçmez olan Sibel xanım var, yəqin gün ərzində su içir”, “Vəli bəy var, Ağababa – ağadırmı, bəzi insanlar belə deyir” və “Murat Əmir bəy var, hansısa bir əmirliyin hökmdarı olub-olmadığını bilmirəm” kimi ifadələri zalda narazılıqla qarşılanıb.
Hadisədən sonra müxalif deputatlar Zenginin çıxışını etik normalara zidd və hörmətsiz adlandıraraq etirazlarını bildiriblər. Məsələ parlament gündəmində geniş müzakirələrə səbəb olub.
Qalmaqalla bağlı AKP və TBMM rəhbərliyi tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
12:23 23.01.2026
Oxunuş sayı: 590