"Sülh şurası"ABŞ ilə Kanada arasında gərginlik yaradıb
ABŞ prezidenti Donald Tramp Kanada baş naziri Mark Karninin "Sülh Şurası"na ünvanlandığı dəvəti rədd edib.
Crossmedia.az UNİAN-a istinadən xəbər verir ki, Mark Karnin ticarət tarifləri siyasətini və qlobal nizamı tənqid etdiyi üçün Tramp onun yeni yaradılan beynalxalq qurumda iştirakını ləğv edib.
ABŞ prezidenti Kanada Baş nazirini sözügedən şuraya dəvət etsə də, daha sonra "Truth" sosial platformasında paylaşım edərək onun üzvlük istəyini ləğv etdiyini bəyan edib.
Qeyd edək ki, həmin günün əvvəlində ABŞ prezidenti Davosda keçirilən tədbirlər zamanı “Sülh Şurası”nın yaradıldığını rəsmi şəkildə elan edib.
İlkin olaraq bu qurum İsrail və HƏMAS arasında iki il davam edən müharibədən sonra Qəzza sektorunun bərpasına nəzarət etmək üçün məhdud bir struktur kimi planlaşdırılmışdı. Lakin sonradan şuranın mandatı xeyli genişləndirilib və onun dünyanın müxtəlif bölgələrində münaqişələrin nizamlanması ilə məşğul olması nəzərdə tutulub. Potensial iştirakçılara göndərilən nizamnamə layihəsində Qəzza məsələsi ümumiyyətlə qeyd olunmur.
Kanadanın baş naziri Mark Karni daha əvvəl dəfələrlə Trampın addımlarını tənqid edərək onu “qaydalara əsaslanan beynəlxalq nizamı” sarsıtmaqda, həmçinin sərt ticarət tarifləri tətbiq etməkdə ittiham edib. CNN-in məlumatına görə, Karni müəyyən şərtlər daxilində Sülh Şurasına qoşulma imkanını nəzərdən keçirirdi, lakin xüsusilə maliyyə məsələləri ilə bağlı detallar razılaşdırılmamış qalırdı.
Dəvətin geri götürülməsi Vaşinqton və Ottava arasında ticarət mübahisələri və xarici siyasətdəki fikir ayrılıqları fonunda siyasi münasibətlərin daha da gərginləşdiyini göstərir.
Turqut Ansari
11:27 23.01.2026
Oxunuş sayı: 1049