İsrail ordusu ABŞ-nin İrana mümkün zərbəsinə HAZIRDIR
İsrail ordusu ABŞ-nin İrana qarşı mümkün hərbi zərbə endirməsi ssenarisi üzrə hazırlıqlarını tamamlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri ABŞ tərəfindən həyata keçirilə biləcək hərbi əməliyyat zamanı regional riskləri nəzərə alaraq təhlükəsizlik və koordinasiya planlarını yekunlaşdırıb.
Qeyd olunur ki, hazırlıqlar əsasən İranın mümkün cavab addımlarına qarşı müdafiə tədbirlərini, eləcə də regionda yerləşən İsrail obyektlərinin və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasını əhatə edir.
Rəsmi Təl-Əviv və Vaşinqton tərəfindən məsələ ilə bağlı hələlik açıq bəyanat verilməsə də, məlumat Yaxın Şərqdə gərginliyin artmaqda olduğunu göstərir.
11:11 23.01.2026
Oxunuş sayı: 2405