Zelenskinin Davosdakı çıxışı səs- küy yaratdı
Avropa liderləri Ukrayna preizdenti Volodimr Zelenskinin Davosda səsləndirdiyi sərt çıxışdan nəticə çıxarmalıdırlar.
Crossmedia.az UNİAN-a istinadən bildirir ki, bu sözləri Böyük Britaniyanın kəşfiyyat xidmətinin (M16) sabiq rəhbəri Riçard Mur bildirib.
"Güclü çıxış idi. Avropalılar olaraq Volodimir Zelenskinin bizə ünvanladığı açıq və narahatlıq doğuran mesajları qəbul etməyimiz çox vacibdir",- deyə o, qeyd edib.
Qeyd edək ki, Zelenski Davosdakı çıxışında demişdir: "Əgər siz Qrenlandiyaya 30 və ya 40 əsgər göndərirsinizsə, bunun məqsədi nədir? Bu hansı mesajı verir? Bu, Putinə, Çinə hansı siqnaldır? Və ən əsası, bu, sizin müttəfiqiniz olan Danimarkaya hansı mesajı göndərir? Ya siz deyirsiniz ki, Avropa bazaları regionu Rusiya və Çindən qoruyacaq, ya da risk edirsiniz ki, sizi ciddi qəbul etməsinlər. Çünki 30 və ya 40 əsgər heç nəyi qoruya bilməz”, – deyə o, bildirib.
Zelenski İqtisadi Forumdakı çıxışında Avropanı Kremlə qarşı mübarizədə lənglik göstərdiyinə görə tənqid edib.
Prezident, həmçinin bir daha Avropada birləşmiş silahlı qüvvələrin yaradılmasının vacibliyini vurğulayıb.
Turqut Ansari
10:31 23.01.2026
Oxunuş sayı: 2690