ABŞ-nin baş nazirinin müavini Di Cey Vens bildirib ki, Birləşmiş Ştatlar Qrenlandiyanın təbii resurslarının bölüşdürülməsində iştirak etməlidir, çünki Vaşinqton ada üçün faktiki olaraq gizli təhlükəsizlik və mühafizə təmin edir.
Crossmedia.az xəbər verir ki, Vens bu fikirləri "Newsmax" telekanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Qrenlandiya zəngin faydalı qazıntı ehtiyatlarına malik strateji əhəmiyyətli ərazidir.
“Biz faydalı qazıntılar və sərvətlərlə zəngin olan bu gözəl adanın sərvətini bizimlə bölüşmək istəyirik və mahiyyət etibarilə bu adanı qoruyuruq”, – deyə siyasətçi vurğulayıb.
Vens, eyni zamanda, ABŞ administrasiyasının Avropa liderlərinin fəaliyyətini tənqid etməsinə də toxunub və bunu “siyasi duruş” kimi qiymətləndirib. Onun fikrincə, bu mövqe Vaşinqtonun qlobal təhlükəsizlik və strateji maraqlarının bir hissəsidir.