ABŞ-nin maliyyə naziri: İran iqtisadiyyatı çökmək üzrədir
ABŞ-nin maliyyə naziri Skot Bessent bildirib ki, Vaşinqtonun İrana qarşı həyata keçirdiyi maksimum təzyiq siyasəti nəticə verib və ölkə iqtisadiyyatı kritik həddə yaxınlaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bessent Davos İqtisadi Forumu çərçivəsində açıqlamasında deyib ki, ABŞ hökumətinin İran rejiminə qarşı tətbiq etdiyi maksimum təzyiq strategiyası iqtisadiyyatı demək olar ki, çöküş nöqtəsinə gətirib çıxarıb.
ABŞ maliyyə naziri əlavə edib ki, Donald Trampın göstərişi ilə ABŞ Xəzinədarlıq Departamenti və Xarici Aktivlərə Nəzarət İdarəsi vasitəsilə Tehrana qarşı misli görünməmiş maliyyə təzyiqləri tətbiq olunub.
Bessentin sözlərinə görə, bu tədbirlər İran iqtisadiyyatına ciddi zərbə vurub və “maksimum təzyiq siyasəti artıq öz bəhrəsini verir”.
09:47 23.01.2026
Oxunuş sayı: 3435