Kemerovo faciəsi: Qubernator anaları günahlandırdı
Kemerovo vilayətinin qubernatoru İlya Seredyuk, Novokuznetsk 1 nömrəli Doğum Evində yeni doğulmuş körpələrin kütləvi ölümü ilə bağlı canlı yayım zamanı anaları günahlandırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O, hamiləlik dövründə tibbi yardım almayan və bəzi hallarda sərxoş vəziyyətdə olan qadınları məsuliyyətli göstərib.
Qubernator tibbi səhvlərə inanmadığını bildirərək sistemli uğursuzluq iddialarını rədd edib. Şərhləri qubernatorun "VKontakte" səhifəsində yayımlansa da, sonradan silinib.
Hadisə ilə bağlı müvəqqəti baş həkim Vitali Xeraskov ev dustaqlığına salınıb, şöbə müdiri Aleksey Emix isə vəzifəsindən kənarlaşdırılıb.
İctimaiyyət isə analara qarşı ittihamlar və silinmiş paylaşımlar fonunda faciənin əsl səbəblərini öyrənməkdə çətinlik çəkir.
22:07 22.01.2026
Oxunuş sayı: 1438