Zalujnı Böyük Britaniyadakı səfir postunu tərk edərək Ukraynaya qayıda bilər
Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının 4–5 yanvar tarixlərində vəzifəsini tərk edərək Ukraynaya qayıtmağa hazırlaşdığı bildirilir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zalujnıya ölkədə baş nazir və Prezident Volodimir Zelenskinin Ofisinin rəhbəri vəzifələri təklif olunub. Mənbələr bildirirlər ki, o, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postuna qayıtmaq imkanını da nəzərdən keçirir.
Qeyd olunur ki, Zalujnının mümkün qayıdışı Ukraynanın siyasi və hərbi rəhbərliyində ciddi dəyişikliklərə səbəb ola bilər. Rəsmi qurumlar hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.
Türkanə Məşədiyeva
11:32 29.12.2025
Oxunuş sayı: 3031