Türkiyənin gəmiqayırma zavodları eyni vaxtda 39 gəmi inşa edir
Türkiyənin gəmiqayırma sənayesi inkişafını davam etdirir. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən gəmiqayırma zavodlarında hazırda eyni vaxtda 39 gəminin inşası aparılır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, inşa olunan gəmilər arasında yük və konteyner gəmiləri, tanker və bərələr, balıqçı və xüsusi təyinatlı dəniz vasitələri, həmçinin hərbi və sahil mühafizəsi üçün nəzərdə tutulan platformalar yer alır. Layihələrin böyük hissəsi xarici sifarişlər əsasında icra olunur.
Türkanə Məşədiyeva
12:24 29.12.2025
Oxunuş sayı: 3098