Bloger prezidenti təhqir etdiyi üçün Azərbaycanda saxlanılıb
Özbəkistanın Qaşqadərya vilayətinin Kitab rayonundan olan A. Y., 2023-cü ilin fevral ayında Qazaxıstanın Almatı şəhərində TikTok üzərindən canlı yayıma çıxaraq Özbəkistan prezidenti Şavkat Mirziyoyevin şərəf və ləyaqətini təhqir edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanda saxlanılan şəxs daha sonra Özbəkistana təhvil verilib. Məhkəmənin qərarı ilə ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Məhkəmə zamanı A. Y. bildirib: “2023-cü ilin fevralında TikTok profilim “Sherxon”dan istifadə edərək ölkə rəhbərimizi təhqir etmişəm. Əməlimdən peşmanam və belə çıxışları bir daha təkrarlamayacağam”.
Günel Verdiyeva
11:54 29.12.2025
Oxunuş sayı: 3424