Anar Ələkbərov Xalq şairi Ramiz Rövşənin evində qonaq olub
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Ramiz Rövşənin evində qonaq olub.
Crossmedia.az xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Dəyərli Xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi.
Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib, onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir.
Ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram", - paylaşımda deyilir.
22:31 15.12.2025
Oxunuş sayı: 1319