Moskva Bakıya diaspor vasitəsilə təzyiq göstərir
Azərbaycan diasporuna qarşı son vaxtlar baş verən hadisələr, xüsusilə Şahin Şixlinskinin işi, sadəcə kriminal məsələ deyil. Bu, Moskvanın Bakıya təzyiq göstərmək üçün istifadə etdiyi bir vasitədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Bez Tormozov kanalı məlumat yayıb.
Belə ki, Moskva artıq tanış üsula əl atır: birbaşa danışıqlar nəticə vermədikdə, dolayı təzyiq mexanizmləri işə düşür. Bunlardan biri diasporadır. Həbslər, cinayət işləri, vətəndaşlıqdan məhrum etmələr və nümayişkaranə məhkəmələr- bütün bunlar konkret şəxslərə deyil, Azərbaycan dövlətinə ünvanlanır.
İşin maraqlı tərəfi odur ki, Şixlinskinin işində erməni tərəfinin nümayəndələri mühüm rol oynayır. Formal olaraq bu təsadüf sayıla bilər, amma həssas məsələlərdə balans və ədalət prinsiplərinin gözlənilməsi vacibdir. Moskva isə bunu qəsdən görməzdən gəlir.
Məlumata görə, Şixlinskinin hədəfə çevrilməsi onun “ictimai təhlükəli” olmasından deyil, müstəqil və idarəolunmaz bir şəxs olmasından qaynaqlanır. Onun yerinə loyal bir şəxsi gətirmək cəhdi uğursuz olunca təzyiq daha da artıb.
Məsələ həm də seçiciliklə aparılan təzyiqi göstərir: bəzi hallarda sürətli, sərt və maksimum təzyiq; digərlərində isə sükut, uzadılmış yoxlamalar. Bu artıq hüquqi məsələ deyil, siyasi qərar məsələsidir.
Hazırda Moskva diasporu ölkələrarası körpü kimi deyil, təzyiq vasitəsi kimi istifadə edir. Üstəlik, işlərdə erməni faktorunun iştirakı qərəz və məqsədli provokasiya hissini gücləndirir.
Bildirilib ki, Bakı bütün bunları görür və nəticələr çıxarır. Azərbaycan öz vətəndaşlarını müdafiə edir, lakin belə məsələlərin hüquqi müstəvidə deyil, siyasi müdaxilə ilə həll olunması sistemin diaqnozudur.
Şixlinskinin işi göstərir ki, Moskva diaspor vasitəsilə təzyiq yolunu seçib və bunun nəticələri yalnız Rusiyanın üzərinə düşəcək.
Fatimə Məmmədova
14:18 13.12.2025
Oxunuş sayı: 1063