Marneulidə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli kimliyin qorunması və xalqın inkişafı naminə gördüyü tarixi xidmətlərdən bəhs olunub.
Bildirilib ki, Gürcüstandakı azərbaycanlı gənclərin savadlı, vətənpərvər və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi də Heydər Əliyev ideyalarının mühüm tərkib hissəsi idi.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycanın inkişafı üçün gördüyü böyük işləri əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib.
22:20 12.12.2025
Oxunuş sayı: 1080