Azərbaycan-Ermənistan nümayəndələri görüşdü - bu ərazidə demarkasiya işləri başlandı
Ermənistanın “Joxovurd” nəşri bir neçə gün əvvəl Azərbaycan və Ermənistan tərəflərinin Sotk (Zod) qızıl mədəni yaxınlığında sərhəd xəttinin demarkasiyası üzrə işlər apardığını iddia edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumatı qismən təsdiqləyib. Bildirilib ki, iki ölkənin mütəxəssisləri Zod qızıl mədəni ərazisində rekognoşdırma — yəni ərazinin ilkin araşdırılması üzrə işlər həyata keçiriblər.
Lakin Qriqoryanın ofisi nəşrin digər iddiasını — Azərbaycan və Ermənistan hərbçilərinin bir neçə gündür mədən ərazisində xəritələrlə işləməsi barədə xəbəri təkzib edib.
Mehriban İbrahimli
13:34 12.12.2025
Oxunuş sayı: 1370