Azərbaycanın Yunanıstandakı səfirliyində Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Azərbaycanın Yunanıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə Crossmedia.az diplomatik missiyanın "X" sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.
"Səfirlikdə keçirilən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib", - paylaşımda yazılıb.
12:32 12.12.2025
Oxunuş sayı: 1316