Dövlət Xidmətinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunda yerləşən struktur bölmələrin bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb.
11:20 12.12.2025
Oxunuş sayı: 1380