Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub - Yenilənib
Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Peter Siyarto Strateji Dialoqun 3-cü görüşündən sonra mətbuata birgə bəyanatla çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat, ekoloji və humanitar əməkdaşlıq sahələrində əldə olunan irəliləyişi nəzərdən keçirərək Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın davamlı gücləndirilməsini vurğulayıblar.
Qeyd olunub ki, görüş zamanı əldə edilən razılaşmalar ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirəcək və geniş regionda sabitlik, əlaqəlilik və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə verəcək.
19:47
Budapeştdə xarici işlər naziri Ceyhun Bayramov və Peter Siyartonun həmsədrliyi ilə Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü görüşü keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının mövcud yüksək səviyyəsini yüksək qiymətləndirib, dostluq və ortaq maraqlara əsaslanan, yüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafı nəzərdən keçiriblər.
Tərəflər ticarət, investisiyalar, energetika, nəqliyyat və logistika sahələrinə diqqət yönəldərək əməkdaşlığın yeni üfüqlərinin açılmasının vacibliyini vurğulayıblar.
Macarıstanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə səylərdə, xüsusilə Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasında iştirakına xüsusi diqqət yetirilib.
Azərbaycan Macarıstanın türk dünyasındakı fəal rolunu və BMT, ATƏT və digər beynəlxalq platformalarda sıx koordinasiyanı yüksək qiymətləndirir.
Görüşün sonunda tərəflər Macarıstan Energetika Nazirliyi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, həmçinin Azərbaycan–Macarıstan Strateji Dialoqunun üçüncü görüşünün Protokolunu imzalayıblar.
19:07
Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında təkbətək görüş başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur. Nazirlər ikitərəfli münasibətləri nəzərdən keçirəcək və 3-cü Strateji Tərəfdaşlıq Dialoqu ərəfəsində Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyəcəklər.
https://x.com/AzerbaijanMFA/status/1999140607990866205?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1999140607990866205%7Ctwgr%5Ee568fbe741c536d05d8389ec0fd31877a9577c82%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fceyhun-bayramovla-peter-siyarto-arasinda-tekbetek-gorus-baslayib
20:13 11.12.2025
Oxunuş sayı: 788