ŞOK: Ukraynanın PUA hücumu Xəzərdə neft yataqlarındakı işi iflic etdi
Ukrayna Xəzər dənizində “Lukoil” şirkətinə məxsus Filanovski adına neft yatağına hücum edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın uzaqmənzilli PUA-ları platformaya azı dörd dəfə zərbə endirib və bunun nəticəsində 20-dən çox quyuda neft hasilatı dayandırılıb.
Yatağın layihə gücü ildə təxminən 6 milyon ton neft, yəni gündə təxminən 120 min barel təşkil edir. 2023-cü ildə “Lukoil” Rusiyada 76,5 milyon ton xam neft və kondensat hasil edib, bu isə o deməkdir ki, Filanovski yatağı şirkətin Rusiyadakı ümumi hasilatının 8%-dən azını təmin edir.
Pərvin Hacıyeva
13:59 11.12.2025
Oxunuş sayı: 1339