Kiyevdə Azərbaycan abidələrinin mühafizəsi gücləndirilir
Ukraynada Azərbaycan səfirliyi ərazisində yerləşən Heydər Əliyev abidəsinin möhkəmləndirilməsi işləri artıq tamamlanıb. Eyni zamanda, Kiyevdəki Əliyev parkında fəvvarənin üzərində qoruyucu tədbirlər görülür. Bu işlərin məqsədi abidələrin hərbi əməliyyatlardan və mümkün dağıntılardan qorunmasını təmin etməkdir.
Crossmedia.az xəbər verir ki, bundan əlavə, müdafiə baryerləri və qoruyucu strukturlar Zərifə Əliyeva, Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayev abidələrinə də quraşdırılacaq. Quraşdırma işləri tamamlandıqda və müharibə bitdikdən sonra abidələr Azərbaycanın qərarı ilə ictimaiyyət üçün yenidən açılacaq.
Sevinc Yarməmmədova
11:17 11.12.2025
Oxunuş sayı: 1420