Konqressmen 907-ci düzəlişin tam ləğvi üçün sənəd təqdim edib
ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana hərbi və maliyyə yardımını məhdudlaşdıran 907-ci düzəlişin tam şəkildə ləğvi zəruridir və bununla bağlı qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib.
Crossmedia.az xəbər verir ki, Luna bu addımın ABŞ-nin regional siyasətdə daha çevik davranmasına imkan yaradacağını vurğulayıb. Onun sözlərinə görə, mövcud məhdudiyyətlər artıq real vəziyyətə cavab vermir və tərəfdaşlıq münasibətlərinə maneə yaradır.
Konqressmen həmçinin bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı sahəsində ABŞ üçün mühüm tərəfdaş olduğunu nəzərə alaraq, 907-ci düzəlişin saxlanması məqsədəuyğun deyil. O əlavə edib ki, layihənin qəbul edilməsi Azərbaycan-ABŞ münasibətlərinin inkişafına təkan verəcək.
Luna qeyd edib ki, müasir geosiyasi şəraitdə Vaşinqtonun müttəfiqlərinə dəstək verməsi vacibdir. “Ümid edirəm ki, bu dəyişiklik regionda təhlükəsizlik və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək”, - deyə konqressmen bildirib.
Türkan Kərimli
20:23 10.12.2025
Oxunuş sayı: 1320