Dövlət müəssisələrinin siyahısında dəyişiklik edilib
Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısında dəyişiklik edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamla Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzi MMC statusu alıb.
Bundan başqa, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin adı dəyişdirilərək Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi, Gədəbəy Respublika Kompleks İdman Məktəbi "Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi adlandırılıb.
Həmçinin Respublika Olimpiya Mərkəzi Bakı Atletika Mərkəzi MMC, Respublika Stend Atıcılığı üzrə İdman Kompleksi isə Bakı Atıcılıq Mərkəzi MMC kimi fəaliyyət göstərəcək.
17:52 10.12.2025
Oxunuş sayı: 984