Prezident İlham Əliyev Slovakiya ilə parlamentlərarası əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə bu gün Bratislavada keçirdiyi görüş iki ölkənin münasibətləri dərinləşdirməkdə və onların konkret layihələrdə təcəssüm etdirilməsində maraqlı olduqlarını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Slovakiya Milli Şurasının sosial şəbəkələrdəki məlumatında bidirilib.
Qeyd olunub ki, müzakirə mövzuları Slovakiya və Azərbaycan parlamentləri arasında əməkdaşlığın inkişafı məsələləri, o cümlədən parlament komitələri arasında təcrübə mübadiləsi olub.
"Belə əməkdaşlıq təkcə Avropa üçün deyil, bütün dünya üçün ortaq vəzifələrin effektiv həllərini tapmağa imkan verir", - məlumatda vurğulanıb.
18:19 09.12.2025
Oxunuş sayı: 1289