Merşeymer: Rusiyanın əsas qazancı Çinə və ABŞ-a qarşı qütb mövqeyidir
Rusiyanın Ukraynadakı müharibədə ən əsas qazancı, Çin və ABŞ arasındakı rəqabətdə qütb statusuna nail olmasıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə neorealizm və offensive realizm nəzəriyyələrinin əsas müəlliflərindən olan professor Con Merşeymer bildirib.
Merşeymer qeyd edib ki, Rusiya bu məqsəd üçün böyük resurslar xərcləyib və ABŞ-ın Avropanın maraqlarına qarşı hərəkət etməsi belə Moskvanın maraqlarını nəzərə almaq istəyi ilə bağlıdır. O vurğulayıb ki, gələcəkdə Rusiya həm ABŞ-a, həm Çinə müxtəlif təkliflərlə çıxış edərək dünya stabilliyinə təsir edəcək geniş rıçaqlara sahib olacaq.
Professor əlavə edib ki, buna görə də nə Çin, nə də ABŞ Rusiyanı itirməyi gözə almaq istəmir.
20:55 23.11.2025
Oxunuş sayı: 3326