Rubio: Sızdırılmış plan Rusiyanın arzular siyahısı deyil
Amerikalı senatorlar Rubio ilə telefon danışığından sonra bildiriblər ki, senator açıq şəkildə vurğulayıb ki, sızdırılmış plan, onun nümayəndəsi Uitkoffa təqdim olunan təkliflərdir və bu, ABŞ-ın rəsmi sülh planı deyil.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Telefon danışığında iştirak edən respublikaçı senator Mayk Rounds qeyd edib ki, Rubio bu planın Rusiyanın təklifləri olduğunu qeyd edib.
Rubio həmçinin Ukraynaya silah və kəşfiyyat dəstəyinin dayandırılacağı barədə Kiyevə hər hansı xəbərdarlığın edilmədiyini bildirib: “Bu haqda heç nə bilmirəm”.
Müstəqil senator Anqus Kinq Rubiodan daha konkret sitat gətirərək bildirib: “O dedi ki, sızdırılmış 28 maddə mahiyyət etibarilə Rusiyanın arzular siyahısıdır…”
Lakin daha sonra Rubio bu açıqlamanı təkzib edərək planın ABŞ tərəfindən hazırlandığını və Rusiyanın arzular siyahısı olmadığını qeyd edib.
19:58 23.11.2025
Oxunuş sayı: 3716