ABŞ Kiyevə Tomaqavk raketləri verməyi düşünür
ABŞ rəsmiləri bildirirlər ki, sülh razılaşması əldə olunacağı təqdirdə Kiyevə Tomaqavk raketlərinin çatdırılması təhlükəsizlik zəmanəti kimi nəzərdən keçirilə bilər.
Bu barədə Crossmedia.az The Washington Post-a istinadən xəbər verir.
Rəsmilər Ukraynanın ABŞ və Avropanın dəstəyini itirmək qorxusu ilə bu imkanlardan qabaqcadan istifadə etməyəcəyinə əmin olduqlarını vurğulayıblar.
Bildirilib ki, Trampın planında nəzərdə tutulan 600.000 nəfərlik Ukrayna Silahlı Qüvvələrinin əsgər limiti artırıla və ya tamamilə ləğv edilə bilər.
Eyni zamanda, Avropa ölkələri Trampın planına qarşı əks təkliflərini hazırlayıb. Cenevrə danışıqlarında təqdim olunan sənəddə əsas məqamlar bunlardır:
Kiyevin silahlı qüvvələrinə heç bir məhdudiyyət qoyulmayacaq.
Ukrayna Zaporojye Atom Elektrik Stansiyası və Kaxovka bəndi üzərində nəzarəti bərpa edəcək, Dnepr çayı boyunca maneəsiz keçidi və Kinburn burnunun nəzarətini təmin edəcək.
Digər ərazi mübahisələri yalnız atəşkəsdən sonra həll olunacaq; atəşkəs olmadan heç bir ərazi güzəşti olmayacaq.
19:24 23.11.2025
Oxunuş sayı: 3440