ABŞ Venesuelaya qarşı mümkün hərbi əməliyyata hazırlaşır
ABŞ yaxın günlərdə Venesuelaya qarşı əməliyyat başlatmağa hazırlaşır: seçimlər arasında Maduronu devirmək və neft yataqlarını ələ keçirmək də var.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Washington Post və Reuters qəzetləri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Yeni əməliyyatların dəqiq vaxtı və miqyası, eləcə də Trampın hücumla bağlı son qərar verib-verməməsi barədə hələlik heç bir məlumat yoxdur.
ABŞ Mülki Aviasiya Administrasiyası cümə günü Venesuela üzərindən uçuşlar zamanı "potensial təhlükələr" barədə xəbərdarlıq edib. O vaxtdan bəri bir neçə beynəlxalq aviaşirkət ölkəyə uçuşları ləğv edib.
19:01 23.11.2025
Oxunuş sayı: 4045