Zelenski və Tramp sülh planını razılaşdırmağa hazırlaşır
Zelenski və Tramp sülh planının son detallarını şəxsi görüşdə müzakirə edəcəklər. Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ-nin prezidenti Donald Tramp arasında planlaşdırılan görüşün əsas məqsədi Ukrayna üzrə sülh planının yekun parametrlərinin razılaşdırılması olacaq.
Bu barədə Crossmedia.az Reuters-ə istinadən xəbər verir.
Danışıqlar xüsusilə münaqişənin dayandırılması, təhlükəsizlik təminatları, regionda gələcək siyasi nizamlanma və tərəflərin öhdəlikləri kimi məsələləri əhatə edəcək.
Türkanə Məşədiyeva
17:30 23.11.2025
Oxunuş sayı: 3704