Kelloq: Trampın sülh planı önəmli və perspektivlidir
ABŞ tərəfindən təklif olunan 28 maddədən ibarət Trampın sülh planı ölkələrarası dialoq və sülh prosesində mühüm əsas kimi qiymətləndirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ rəsmisi Kelloq bildirib ki, planın hər bir sözü önəmlidir və diqqətlə nəzərdən keçirilməlidir.
O əlavə edib ki, plan ümumilikdə yaxşıdır, bəzi məqamlar isə daha aydın və dəqiq ifadə olunmalıdır. “Biz demək olar ki, məqsədə çatmışıq. Əgər bu 28 maddə əsasında yekun variant hazırlanarsa, nəticə müsbət olacaq”, – deyə Kelloq vurğulayıb.
Onun sözlərinə görə, plan üzərində iş Şükran Günü həftəsinə qədər davam edəcək və yekun variantın əldə olunması üçün real şans var.
Nigar Yahyazadə
16:25 23.11.2025
Oxunuş sayı: 3770