Trampın sərvəti 1,1 milyard dollar azaldı
ABŞ-nin Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabrından bəri 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara enib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, itkilər əsasən Trump Media & Technology Group şirkətinin səhmlərinin qiymətinin ucuzlaşması ilə bağlıdır. Sentyabrda təxminən 17 dollar olan səhmlər indi 10,30 dollara düşüb.
Bu dəyişiklik Trampı Forbes milyarderlər siyahısında 595-ci pilləyə geridə qoyub.Sentyabrın əvvəlində jurnal onun sərvətini 7,3 milyard dollar qiymətləndirərək 201-ci yerdə göstərmişdi.
Nəzrin Abbas
11:05 23.11.2025
Oxunuş sayı: 3543