Vyetnamdakı daşqınlarda ölənlərin sayı 90-a yüksəldi
Vyetnamın mərkəzində güclü leysan yağışların səbəb olduğu kütləvi daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb, 12 nəfər isə hələ də itkin düşmüş sayılır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakət 1100-dən çox ev, məktəb və inzibati binaya ziyan vurub, təxminən 200 min ev su altında qalıb. Daşqınlar respublika magistrallarının 24 hissəsini yararsız hala salaraq ölkənin mərkəzi regionu ilə digər ərazilər arasında avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub.
Bundan əlavə, 80 min hektar əkin sahəsi və 100 min hektardan çox meyvə plantasiyası məhv olub, 3,5 milyon baş mal-qara və quş tələf edilib. Rəsmi məlumatlara görə, fəlakətin ümumi iqtisadi zərəri 341 milyon dolları ötüb.
Nəzrin Abbas
10:25 23.11.2025
Oxunuş sayı: 3452