Orban: Miqrantları qəbul etməkdənsə, cərimə ödəyərik
Macarıstanın Baş naziri Viktor Orban qanunsuz immiqrantların ölkəyə buraxılması ilə bağlı Avropa Komissiyasının təzyiqlərinə sərt reaksiya verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirir ki, o bildirib ki, Brüsselin tələb etdiyi kimi miqrantları qəbul etməkdənsə, Macarıstan gündə 1 milyon avro cərimə ödəməyi üstün tutur.
“Qanunsuz immiqrantları ölkəmizə buraxmadığımız üçün 1 milyon avro cərimə ödəməliyik? Biz ödəyəcəyik. Bu həm bizim, həm də sizin təhlükəsizliyiniz üçündür. Qorxu içində yaşamaqdan daha yaxşıdır. Bu Miladda Macarıstana gəlin və Avropanı olduğu kimi yaşayın”, – Orban sosial mediada yazıb.
Qeyd edək ki, baş nazirin açıqlaması ölkənin miqrasiya siyasətinə dair davam edən müzakirələri yenidən gündəmə gətirib.
Nəzrin Abbas
09:28 23.11.2025
Oxunuş sayı: 3023