Venesiyanın böyük kanalı yaşıl rəngə boyandı – fəallar etiraz aksiyası keçirdi
Venesiyada “Extinction Rebellion” ətraf mühit hərəkatının fəalları növbəti etiraz aksiyası keçiriblər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, aksiya zamanı Böyük Kanala boya tökülüb və su parlaq yaşıl rəngə boyanıb. Etirazda İsveçli ekofəal Qreta Tünberq də iştirak edib.
Veneto Regional Qubernatoru Luka Zaia hadisəni kəskin qınayaraq bildirib ki, bu cür addımlar ətraf mühitin qorunmasına töhfə vermir, əksinə şəhərə ziyan vurur və əlavə təmizləmə işlərinə ehtiyac yaradır.
09:10 23.11.2025
Oxunuş sayı: 4089