Gürcüstan sərhədində hərbi təyyarənin qəzaya uğraması Türkiyədə ciddi müzakirələrə səbəb olub
Türkiyəyə məxsus hərbi nəqliyyat təyyarəsinin Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğraması hadisə ilə bağlı müxtəlif aspektlərin gündəmə gəlməsinə yol açıb. Hadisədə həyatını itirən hərbçilərlə bağlı rəsmi açıqlamalar verilsə də, qəzaya səbəb ola biləcək texniki və struktur problemlər yenidən müzakirə mövzusuna çevrilib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Mütəxəssislər bildirirlər ki, qəzaya uğrayan hava vasitəsi adi “kargo təyyarəsi” deyil, yüngül taktiki nəqliyyat təyyarəsidir. Bu tip təyyarələr hərbi əməliyyatlarda xüsusi rol oynayır və onların təhlükəsiz fəaliyyəti üçün müntəzəm və standartlara uyğun texniki baxımın aparılması vacibdir.
Qəza, həmçinin Türkiyənin aviasiya infrastrukturunda modernləşmə proseslərinin sürətləndirilməsi ehtiyacını gündəmə gətirib. Analitiklər qeyd edirlər ki, güclü hava donanması bir ölkənin müdafiə qabiliyyətinin əsas elementlərindəndir və bu sahədəki boşluqlar istənilən zaman ciddi risk yarada bilər.
Mehriban İbrahimli
01:00 23.11.2025
Oxunuş sayı: 3218