Almaniyanın Mühafizə Taboru real döyüş şəraiti üçün hazırlığa başlayıb
Almaniyanın əsasən protokol və rəsmi mərasimlərlə tanınan Mühafizə Taboru hazırda real döyüş şəraitinə uyğun intensiv hazırlıq proqramı keçir. Təlimlərə Berlin metropolitenində keçirilən şəhər döyüşü ssenariləri də daxildir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırlığın əsas məqsədi fövqəladə vəziyyət zamanı federal hökumətin təhlükəsizliyini təmin etməkdir.
Komandirlərin açıqlamasına görə, Almaniya Rusiyadan gələn mümkün hibrid təhdidlərə qarşı tam hazır vəziyyətə gətirilməlidir. Orduda bu istiqamətdə hazırlıq və modernləşmə tədbirlərinin davam etdirildiyi qeyd olunur.
23:35 22.11.2025
Oxunuş sayı: 3355