Aİ liderləri Trampın sülh planında dəyişiklik tələb edir
Avropa İttifaqının bir neçə əsas ölkəsinin liderləri ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə hazırladığı sülh planının ən azı dörd mühüm bəndinin dəyişdirilməsini istəyiblər. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Avropa liderlərinin narazı qaldığı əsas maddələr bunlardır:
Ərazi məsələsi – Hazırkı layihə Donbas və Krımın tam şəkildə Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutur. Avropa ölkələri bunu qəbuledilməz sayır.
Ukrayna ordusunun 600 min nəfərə endirilməsi – Liderlər belə bir addımın Ukraynanı ciddi şəkildə “həssas” vəziyyətə sala biləcəyini bildirirlər.
Təhlükəsizlik zəmanətləri – Avropa dövlətləri Rusiyanın gələcəkdə nə Ukraynaya, nə də Avropa İttifaqına qarşı hücum etməyəcəyi ilə bağlı rəsmi öhdəliklərinin etibarlılığına inanmır.
Dondurulmuş Rusiya aktivləri – Avropada saxlanılan aktivlərin gələcək taleyi plan üzrə aydın deyil və bu məsələ ciddi narazılıq doğurur.
Məlumata görə, Avropa İttifaqı bu dəyişikliklər edilmədiyi halda planın hazırkı formada qəbuluna qarşıdır.
22:22 22.11.2025
Oxunuş sayı: 3503