Paşinyan: Referendum 2026-cı il seçkilərindən sonra keçiriləcək
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə Konstitusiya referendumu 2026-cı il parlament seçkilərindən sonra baş tutacaq.Paşinyanın sözlərinə görə, yeni konstitusiya dövlətin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən etməli və "qalıq aerodinamikasını" təmin etməlidir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir hansı istiqamətə gediləcəyi barədə aydın vizyon olmadığı halda, bu prosesin zərər görə biləcəyini vurğulayıb.
Paşinyan həmçinin bildirib ki, Ermənistana sadəcə redaktə olunmuş sənəd deyil, tamamilə yeni konstitusiya lazımdır:
"Ölkəyə yeni siyasi məzmun, yeni siyasi və dövlətçilik anlayışı lazımdır. Yeni Əhddə deyildiyi kimi, yeni şərabı yeni tuluqlara tökmək lazımdır," – deyə baş nazir əlavə edib.
Nigar Yahyazadə
21:35 22.11.2025
Oxunuş sayı: 3372