Bu ölkələr BƏYANAT verdi - Tramp planı qəbul edilmədi
Avropa İttifaqı, Kanada və Yaponiya birgə bəyanat verərək bildiriblər ki, ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı planı indiki formada qəbul edilə bilməz.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda ilkin 28 maddədən ibarət planın əsas kimi istifadə oluna biləcəyi, lakin əlavə işlənməyə ehtiyac olduğu qeyd olunur.
Liderlər güc tətbiqi ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb. Ukraynanın silahlı qüvvələrinə qoyulan məhdudiyyətlərin ölkəni müdafiəsiz vəziyyətə sala biləcəyinə dair narahatlıqlar ifadə edilib.
Nigar Yahyazadə
23:15 22.11.2025
Oxunuş sayı: 3838