Gürcüstan parlament sədri: Ukrayna çıxılmaz vəziyyətdədir
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında Ukraynanın hazırkı durumunun son dərəcə ağır olduğunu bildirib.
Crossmedia.az bu barədə Gürcüstan mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukrayna rəhbərliyi nə müharibəni davam etdirmək, nə də bitirmək imkanına malikdir və bu, ölkənin qarşısında duran ən böyük çağırışdır.
“Bu gün Ukrayna çətin vəziyyətdədir. Ukrayna hakimiyyəti nə müharibəni davam etdirə, nə də dayandıra bilir. Bu, ən ciddi çağırışdır. Bütün bu proseslər və müharibə dalana dirənib. Həm müharibəni davam etdirmək ağırdır, həm də onu bitirmək çətindir”— deyə Papuaşvili bildirib.
O həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskinin cümə günü səsləndirdiyi “ölkə çətin seçim qarşısındadır” sözlərini xatırladıb.
Günel Verdiyeva
22:41 22.11.2025
Oxunuş sayı: 3462