İran XİN rəhbəri: Rusiya İsraillə münaqişə zamanı Tehrana ciddi dəstək göstərib
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, ötən il imzalanmış strateji tərəfdaşlıq müqaviləsi Tehran–Moskva münasibətlərini daha da gücləndirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir iki ölkə arasında hərbi əməkdaşlığın uzun illərə söykəndiyini və müdafiə xarakteri daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya İsrail ilə gedən müharibə dövründə İrana “çox ciddi yardım” göstərib və bu əməkdaşlıq bundan sonra daha da genişlənəcək.
Əraqçı həmçinin qeyd edib ki, İran Ukraynanın suverenliyini dəstəkləyir və münaqişənin sülh yolu ilə həllinin vacibliyini önə çəkir. Nazir bildirib ki, regional təhlükəsizlik bütün tərəflərin maraqlarını nəzərə almağı tələb edir.
20:24 22.11.2025
Oxunuş sayı: 3342