İran rəsmisi prezidentin istefası ilə bağlı yayılan məlumatları təkzib edib
İran prezidenti Məsud Pezeşkianın istefa verəcəyi barədə yayılan məlumatlara münasibət bildirilib və iddiaların doğru olmadığı açıqlanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah yayılan şayiələrin əsassız olduğunu vurğulayıb. Onun sözlərinə görə, hökumət qarşıda duran çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir və geri çəkilmək niyyətində deyil.
Qaempənah bildirib ki, hazırkı hökumət misilsiz problemlərlə üz-üzə qalsa da, İran xalqına xidmət etmək öhdəliyindən yayınmayacaq. O, prezident Pezeşkianın istefası ilə bağlı yayılan xəbərlərin tamamilə yanlış olduğunu xüsusi qeyd edib.
İran rəsmisi həmçinin vurğulayıb ki, hökumət ölkənin rifahı üçün işini davam etdirməkdə qərarlıdır: “Biz İranı sevirik və onun üçün çalışırıq. Tənqid və təzyiqlərə baxmayaraq, kənara çəkilməyəcəyik. İran bütün vətəndaşlara məxsusdur və hökumət də öz məsuliyyətini yerinə yetirməyə sadiqdir".
19:52 22.11.2025
Oxunuş sayı: 3577