Kobaxidze: Gürcüstanın taleyini xaricdə yaşayanlar müəyyən etməməlidir
Gürcüstanın Baş Naziri “Seçki Məcəlləsi”ndə nəzərdə tutulan dəyişikliklərin zəruriliyini izah edib.
Bu barədə Crossmedia.az ölkə KİV-lərinin yaydığı məlumata istinadən xəbər verir.
Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, ölkənin gələcəyinə ən çox təsir göstərən qərarları Gürcüstanda yaşayan şəxslər verməlidir:
“Düzgün deyil ki, Gürcüstanda yaşayan və seçkilərin nəticələrindən ən çox təsirlənəcək insanların taleyini ölkə hüdudlarından kənarda yaşayan qrup müəyyən etsin. Buna görə də biz deyirik ki, seçki hüququ qalır: sadəcə olaraq, əgər bir şəxs xaricdə yaşayırsa, ən azı bir günlüyə öz ölkəsinə gəlməli, vəziyyəti öz gözü ilə görməli və bundan sonra qərar verməlidir.”
Kobaxidze əlavə edib ki, seçkilər yalnız Gürcüstanın yurisdiksiyası daxilində keçirilə bilər və xarici ölkələrin hüquqi məkanında səsvermə mümkün deyil.
Mehriban İbrahimli
19:41 22.11.2025
Oxunuş sayı: 3351