Nyu-Yorkun yeni meri Trampı faşist adlandırıb
Dünən Nyu-Yorkun yeni müsəlman meri Zöhran Mamdani ABŞ prezidenti Donald Tramp haqqında sərt mövqe nümayiş etdirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı müxbirlərdən biri Mamdanidən “Trampı faşist hesab etdiyinizi təsdiqləyirsinizmi?”, - deyə soruşub.
Mamdani isə sözə başlayıb, “bəli” demək istədikdə Tramp onun danışığını kəsərək bildirib: “Bəli deyin, izah etməkdən daha asandır!”.
Mer isə cavabında Trampı faşist adlandırdığını təsdiqləyib.
20:40 22.11.2025
Oxunuş sayı: 3155